"Böyrəkləri, demək olar ki, tamamilə fəaliyyətini dayandırıb".
Unikal.org bildirir ki, bu sözləri mərhum xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeynalova qardaşı Məmməd Zeynalovun səhhəti haqda axar.az-a danışarkən deyib. O, qardaşına heç kimin kömək əli uzatmadığını bildirib:
"Vəziyyəti çox pisdir, böyrəkləri işləmir, hal-hazırda xəstəxanadadır. Nə qədər çağırış etsək də, köməklik göstərən yoxdur. Çox çətin durumdayıq".
Qeyd edək ki, Məmməd Zeynalov ötən ay serial çəkilişinə gedərkən insult keçirib. Aktyorun beyninə qan sızıb.
O, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə olunur.