Müğənni Xatirə İslam ciddi pəhrizə başlayıb.
Unikal.org Axşam.az-a istinadən verdiyi açıqlamaya görə, ifaçı 7 gündür çörək yemədiyini deyib:
"Pəhriz saxlayıram. O qədər də artıq çəkim yoxdur. Amma efir insanı kök göstərir. 7 gündür çörək yemirəm. Yoldaşım deyir ki, idman etməsən xeyri olmayacaq. Mən idman sevmirəm. Nə vaxtım, nə də həvəsim yoxdur. Hədəfim 10 kiloqram arıqlamaqdır. Toyumda arıq idim, o cür olmaq istəyirəm".
X.İslam bu yaxınlarda həyat yoldaşı Fəxrəddin bəylə öpüşərkən çəkilmiş və mətbuatda yayılan görüntüsünə də münasibət bildirib:
"Biz mehriban ailəyik. Məni öldürəcəklər? Yoldaşımla öpüşmüşəm də...".