Unikal.org bildirir ki, əməkdar artist , aktrisa Hüsniyyə Mürvətova qeyri-peşəkar aktyorları qınayıb:
"İndi deyəcəm, deyəcəklər, Hüsniyyə qısqanır. Amma məni yaxşı tanıyanlar bilir ki, yaxşıya pis demərəm. Çox xahiş edirəm, aktyorluq bacaran bu işi etsin. Şeir deməyi bacaran, şeir söyləsin. Tamaşaçıların zövqünü korlamayın. Bir az özünüzə kənardan baxmağı da bacarın. Bu işin peşəkarı kimi deyirəm, qeyri-peşəkarlar özlərini "ustad" deyə, təqdim edəndə qıcıqlanıram.