"ATV maqazin onlarla" verilişinə açıqlama verən stilist Anar Ağakişiyevin tanınmış jurnalistlə ailəli olduğu və sonra boşandığı ortaya çıxıb.

Unikal.org-un məlumatına görə, stilist  bu haqda geniş danışmaq istəməyib:

"Bu haqda heç nə danışmayacam. Qəti... O, keçmişdə qaldı. Hazırda barmağımda üzük yoxdur. Bunu eyib kimi bilmirəm. Sadəcə, şəxsi həyatımdan danışmaq istəmirəm. İstər müğənnilərin, istər həmkarlarımın bu məsələlər haqda danışması məni qıcıqlandırır. Toy edirlər, 3 gün yayımlanır, boşanırlar yenə gündəmə gəlirlər".

Stilist övlad istədiyini  də deyib:

"Bir çoxları övlada mebel kimi baxırlar, ev heyvanına da "uşaqdı" deyirlər. Övlad istəyirsənsə, bunu dərk etməlisən ki, necə böyük yükün altına girirsən. Mənim ürəyim partlayar, uşağı dayəyə etibar edə bilmərəm".