Noyabrın 8-də saat 10-dan 17-dək SOCAR-ın "Qaz İxrac İdarəsinin Siyəzən magistral qaz kəmərləri sahəsinin "Yaşma və "Giləzi qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

SOCAR-dan Unikal.org-a verilən məlumata görə, təmir müddətində aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi mümkündür.