"Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının itkin düşən bir işçisinin axtarış işləri davam etdirilir.

Unikal.org bildirir ki, "BP-Azərbaijan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının "APA-Economicsə verdiyi açıqlamaya görə, dünən axşama olan məlumata əsasən axtarış işlərinə 2 helikopter və 3 gəmi cəlb olunub.
"İtkin düşən şəxsin ailəsinə məlumat verilib. Onun ailə üzvləri, qohumları bizimlə mütəmadi əlaqə saxlayır, - deyə T.Bayatlı əlavə edib.

Xatırladaq ki, noyabrın 8-də Xəzər dənizində Dərinsulu Günəşli (DSG) platformasındakı qazma podratçısının bir işçisi itkin düşüb. BP qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edib və itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görür.