Ötən gecə Maksim və Alla Barisovnanın evlərinin yanında əlində çanta olan hicablı qadın saxlanılıb.
Unikal.org-un xarici mətbuata istinadən məlumatına görə, Mədinə adlı qadının İnquşetiyadan olduğu bildirilir. Onun hansı səbəbdən məşhurların evinin yaxınlığında olduğu öyrənilməsə də, amma çantasından çıxanlar partlayıcı maddə olmayıb. Özünü "Allahın göndərdiyi mələk" adlandıran 45 yaşlı Mədinə, çantasındakı kitabların da "Allahın ona verdiyini" bildirib.
Polislər Mədinənin əslində kim olduğunu və nəyə görə Alla və Maksimin malikanəsinə yaxın gəzdiyini araşdırırlar.