Bu gün ABŞ-da keçirilən Prezident seçkiləri Respublikaçılar partiyasının namizədi Donald Trampın qələbəsi ilə başa çatdı.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, bu nəticələr digər namizəd Hillary Klintonun tərəfdaşlarını özündən çıxarıb. Klintonu dəstəkləyənlər arasında müğənni Leydi Gaga da olub. O, seçki nəticələrindən sonra Donald Trampa qarşı keçirilən etirazlara qatılıb. Müğənni Leydi Gaga Nyu-Yorkda yerləşən Trump Toversin qarşısındakı etirazçılara qoşulub və əlində "Trampa nifrət" anlamını daşıyan "Love Trumps Hate" plakatını daşıyıb.

Gaga sosial şəbəkə hesabında da "Ümid dolu bir otaqdayıq. Bizim səsimiz eşidiləcək. Nəzakət, bərabərlik və sevgi üçün ayağa qalxın. Amerika üçün dua oxuyun" statusunu yazıb.

"Trampa nifrət" - Lady Gaga etiraz etdi/FOTOLAR
"Trampa nifrət" - Lady Gaga etiraz etdi/FOTOLAR
"Trampa nifrət" - Lady Gaga etiraz etdi/FOTOLAR
"Trampa nifrət" - Lady Gaga etiraz etdi/FOTOLAR
"Trampa nifrət" - Lady Gaga etiraz etdi/FOTOLAR