Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Avtomobil Federasiyası (AAF) Dövlət Bayrağı Günü münasibətilə klassik avtomobillərin paradını və sərgisini təşkil edib.

Unikal.org xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Dövlət Bayrağı Meydanınadək davam edən yürüşdə klassik avtomobil həvəskarları iştirak ediblər.

Yürüşdə Azərbaycanının şou-biznes nümayəndələridə iştirak edib. İştirak edənlər arasında "Eurovision" mahnı müsabiqəsində Azərbaycana birincilik gətirən müğənni Nigar Camal və uzun müddətdir Almaniyada xərçəng xəstəliyindən müalicə alan aparıcı Hacı Nuranda var. 

Hər iki tanınmış şəxsin avtomobil yürüşündə maraqlı səmimi fotolar çəkdiriblər və azertag-a məxsus həmin görüntüləri sizlərə təqdim edirik.
.