Cinsini dəyişdirib qadın olduqdan sonra məşhurlaşan Selin Ciğerçi ərə gedir.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, əsl adı Bebek Okan olan, lakin sonradan adını dəyişdirib sosial şəbəkədə fenomen olan Selin məşhurlarla sevgili olduğunu iddia edərək müzakirələrə səbəb olmuşdu.
Hazırda dicey Akın Türkmənlə sevgili olan Selin dünən müğənni kimi çıxış etdiyi məkanda evlilik təklifi alıb. Göz yaşlarını saxlaya bilməyən Selin sosial şəbəkədə paylaşım edərək "Ailə qururam... Həyatımın ən gözəl gecəsi idi" yazıb.
Evlilik təklifindən sonra sevgilisinin ailəsi ilə birgə yemək yeyən Selin daha bir zarafatlı paylaşım edib:
"Keçən həftə bura gələndə "Ezogelin" (şorba adı-red.) də gəlin oldu, mən olmadım" demişdim. İndi mən də gəlin oluram".