Müğənni Castin Biber artıq biznes sahəsinə keçib. O, son zamanlar atdığı hər bir addımla pul qazanmağı düşünür.

Unikal.org xəbər verir ki, bu dəfə ifaçı ilə Yeni ili keçirmək istəyənlər yarım milyon dollarından keçməli olacaq. "Ultimate" konsertinə cəmi 11 bilet var. Biletə yemək, bardan istifadə, səhnəyə tam yaxın stolda oturma daxildir.

Bundan başqa, yarım milyon pul verib bileti alanlar Ferrari, Lambordini, Rolls-Roys, Maklaren kimi avtomobillərə də minə biləcəklər. Çünki qonaqları konsertə həmin maşınlar gətirəcək və aparacaq.