Bakıda bir nəfər çıldaq etməklə məşğuldur.

Özünü reklam etmək üçün isə evinin qapısına böyük bir elan vurub. Bəs görəsən hər ürəyi istəyən şəxs, fəaliyyət dairəsini reklam edə bilərmi? Reklam lövhələrinə kim nəzarət etməlidir?

Qeyri adi üsullarla insanları müalicə etdiyini iddia edir. Üstəllik bu fəaliyyətini küçəyə qoyduğu lövhə ilə reklam edir

Bura, Bakı şəhəri Xətai rayonu Süleyman Əhmədov küçəsdir. Çıldaq edən şəxs, daha çox müştəri cəlb etmək üçün qapısına reklam vurub. Özü də lövhəni, kustar üsulla yox xərc çəkərək peşəkarcasına hazırlatdırıb.

Unikal.org xezerxeber.com-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən bildirilər ki, zəli ilə müalicə kimi bəzi əlavə təbabət sahələri var. Lakin, falçılıq, çöpçülük və çıldaqlamaya qanunla icazə verilmir. yəni bu işlə məşğul olanlar lisenziyası olmadan fəaliyyət göstərirlər.

Çıldaqçılığın qanunla qadağan olması bir yana bunun rekalam edilməsi özü ayrılıqda qanuna ziddir.

Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyinin sədri, Hacıəmi Atakişinin sözlərinə görə belə reklamların qarşısının alınmasında Səhiyyə Nazirliyinin böyük rolu var. Nazirlik, Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə məktub ünvanlamalıdır.

Qeyd edək ki, qanunsuz reklam aşkarlandığı təqdirdə onu yerləşdirən şəxs barəsinmdə lövhənin ölçüsündən asılı olaraq 50 manat və daha artıq məbləğdə cərimə nəzərdə tutulur.