Göyçay rayon Uşaq Xəstəxanasının bərbad vəziyyətdə olması barədə xəbər vermişdik. Xətəxanadakı acı mənzərə sosial şəbəkələrdə yayılan fotolarda öz aksini tapırdı. 

Göyçayda "Lift" davası (EKSKLUZİV)Vəziyyətlə bağlı Göyçay səhiyyə şöbəsinin müdiri Famil Zeynalovla əlaqə saxladıq. 

O, Unikal.org-a Uşaq Xəstəxanasında durumla bağlı bunları bildirdi: "Xəstəxana təmirə dayanmalıdır. Burada nə var ki? Bunu prezident də, dövlət də, səhiyyə naziri də, baş naziri də, bilir ki, xəstəxana təmirə dayanmalıdır. Dövlət proqramına salınıb, təmir olunacaq. 1961-ci ildən bəri xəstəxana təmir olunmayıb. Hazırda burada anbulator müəalicə gedir. Cərrahiyyə üçün reanimasiya şəraiti yaradılıb. Xəstələr orada normal şəraitdə yatır və müalicə olunurlar. Kütləvi müalicə üçün xəstəxana yalnız təmirdən sonra işləyəcək.