Türkiyəli aktrisa Neslihan Atagül reklamına çəkildiyi markanın mətbuat konfransında iştirak edib.
Unikal.org türkiyə mətbuatına istinadən bildirir ki, aktrisa 2016-cı ili həyatının ən uğurlu ili adlandırıb:
"Çox gərgin il idi. "Kara sevda" sevildi, ailə qurdum, insanlardan gözəl münasibət gördüm".
O, ekranlara necə gəlməsi haqda da danışıb:
"8 yaşında filmləri izləyəndə atama "Mən aktrisa olacağam" deyirdim. 13 yaşıma çatanda hiss etdim ki, artıq nəsə etməliyəm. Araşdırdım, bir agentlik tapdım. Anama dedim ki, məni ora aparsın. Sonra qeydiyyatdan keçdim. Filmlər, reklamlar... Bir də gördüm ki, buralardayam. 18 yaşıma qədər hər yerə anam məni aparırdı. Çox səbr etdi".