İkinci dəfə ailə quran, bu evlilikdən 1 qız və 1 oğlan dünyaya gətirən müğənni Sevda Sanəliyeva həyat yoldaşı və oğlu ilə yeni fotolarını paylaşıb.
Unikal.org-un məlumatına görə, bir neçə gün əvvəl əri Cəmilin keçmiş qayınanasının "Cəmillə qızımı Sevda boşatdırdı, "yuvayıxan". Qızımla 10 il ailəli olub" sözlərinə ifaçı paylaşımları ilə cavab verib. Paylaşdığı fotolarn altına belə bir şərh də yazıb:
"İt hürər, karvan keçər. Nə edirsən et, sevgi ilə et. Bu həyatda heç nəyi məcbur əldə etmək olmaz. Hər şeyi həll edən təmiz sevgidir. Qismət Allah işidir, bizim yox. Arxamca danışanlarla üz-üzə gəlsəm, yaman pullanacam. Araşdırmışam, təhqirin cəriməsi çoxdur. Artıq işə başlamışam" yazaraq bildirib.