1991-ci il fevralın 5-də Respublika Ali Sovetinin qərarı ilə üçrəngli, ay-ulduzlu bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Unikal.org bildirir ki, bayraq günü münasibətilə teleqraf.com məşhurlardan üçrəngli bayrağımızın rənglərinin mənasını soruşub.
Sorğunun nəticəsini təqdim edirik:
Mətanət Əsədova: "Bayrağımızın rənginin mənası-¦ (fikirləşir) Olar bir azdan zəng edəsiniz? İndi elə bir yerdəyəm ki, danışa bilmirəm.
(10 dəqiqə keçdikdən sonra zəng edən müğənni bayrağımızın rənginin mənasını açıqlayıb: "Yaşıl rəng islam ideolgiyasını, göy rəng türkçülüyümüzü, qırmızı rəng müasirliyimizin, demokratiyamızın simvoludur).
Sevda Sanalıyeva: "Bu sorğuda iştirak etmək istəmirəm.
Səməd Səmədov: (Sualı yarımçıq kəsərək) "Moskvadayam, gələndə danışarıq.
Elariz Məmmədoğlu: "Bayrağımızın rəngində yaşıl islamı, qırmızı müasirliyi, göy türklüyü bildirir.
Manaf Ağayev: "Hüzr yerindəyəm, danışa bilmirəm
Niyam Salami: "Yaşıl islamı bildirir, biri müasirlik idi-¦ Qırımızı rəngi isə bilmirəm.
Müğənni Nazənin: "Bayrağın göy rəngi türklüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə islamçılığı tərənnüm edir.
Xuraman Şuşalı: "Əslində, bilirdim. Elə bir vaxtda zəng etmisən ki-¦ Hə, göy rəng türklüyümüzü, qırmızı isə müasirliyi bildirir.
İslam Mehrəliyev: "Göy rəng müasirliyi, bağışlayın, türklüyü bildirir. Yaşıl islamı, qırmızı isə müasirliyi bildirir.