Azərbaycanlı prodüser Sayqa oğlundan danışıb. Hal-hazırda Türkiyədə təhsil alan Cahid üçün bu həyatda var olduğunu deyən prodüser big.az-a açıqlamasında bildirib:
Unikal.org xəbər verir ki, prodüser " Həyatda yeganə sevdiyim kişi oğlum Cahiddir. Onun üçün bu həyatda yaşayıram, varam. Heç vaxt pis olmuram, çünki həyatda mənə hər şeyi unutduran oğlum var. Hətta ərimdən ayrılandan bir ay sonra onu unutdum. Düzdür pisləri nə qədər tez unutsaq o qədər yaxşıdır, amma məndə şükür Allaha bu daha tez baş verdi. Çünki oğlum var idi. Allah bütün balaları, anaları var etsin, övlad dəyərlidir. Mənə də bu həyatda nə pis şey varsa Cahid unutdurdu".- deyərək bildirib: