Jurnalist Zabil Müqabiloğlu əməliyyat olunur.

Unikal.org bildirir ki, Lent.az-ın jurnalistin yaxınlarından əldə etdiyi məlumata görə, əməliyyatda açıq damarlar tikiləcək.

Qeyd edək ki, Z.Müqabiloğlu noyabrın 7-də səhər saatlarında kəskin daxili qanaxma ilə 1 saylı Kliniki Xəstəxanaya çatdırılıb. Onun qara ciyərinin fəaliyyətində problem yarandığı üçün qida borusunda damar partladığı məlum olub. İlkin diaqnoz müəyyən edilərkən onun qara ciyərinin sıradan çıxdığı və dəyişdilməli olduğu bildirilib. İlkin əməliyyatla jurnalistin daxili qanaxmasının qarşısı alınıb. Amma həkimlər növbəti güclü qanaxmaların olmaması üçün damarların açıq əməliyyatla tikilməsi qənaətinə gəliblər.

Jurnalistin qaraciyər transplantasiyasına ehtiyacı var. Həkimlər deyirlər ki, Zabil Müqabiloğlunu qaraciyər donoru və bahalı cərrahiyyə əməliyyatı vasitəsilə xilas etmək mümkündür.

Xatırladaq ki, Zabil Müqabiloğlu uzun illər "Yeni Müsavat qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu "Gunxeber.com saytına rəhbərlik edib.