Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri günel Zeynalova "Solo+ verilişinin qonağı olub.
Unikal.org-un məlumatına görə, proqrama qardaşı Tunar Rəhmanoğlu ilə birlikdə qatılan ifaçı aparıcı Murad Arifin suallarını cavablandırıb. O, yerli məşhurların Türkiyə şou-biznesindəki fəaliyyətindən danışıb.
G.Zeynalova həmkarlarının qardaş ölkədə "tutuzdurmaq cəhdini uğursuz adlandırıb:
"Heç birində alınmır... Cem Yılmaz filmində İradə İbrahimovanın "Neyləyək mahnısından istifadə etdi. Əgər İradə Vaqif Gərayzadənin bu mahnısını orada çıxarsaydı, səs-küy yaradardı. Çünki Cem Yılmaz həqiqətən də sanballı addır. Onun reklam etdiyi "Neyləyək mahnısı türklərin marağını çəkmişdi. Təəssüf ki, İradə bu mahnını Türkiyədə çıxarmaq barəsində Vaqif müəllimlə razılığa gələ bilmədi. Bu bəstə tutardı... Orada tanınmaq üçün ifaçıların etdiyi digər cəhdləri isə uğurlu hesab etmirəm.