ARB TV-nin "Gəlin danışaq" verilişində qonaq olan meyxanaçı Namiq Qaraçuxurlu "Rəvayət" klipinə çəkilən xərclərdən danışıb.

Unikal.org-un məlumatına görə, ifaçı bildirib ki, ekran işinə 300 manata yaxın pul xərcləyib:

"Bu pulu da Muğamat adlı dostumuz qarşılamışdı. Peşəkarlıq baxımdan aşağı səviyyəli iş ola bilər. Amma əsas görülən işdir. Bu, bir bariyer idi və biz bunu keçməliydik. Şükür, bacara bildik. Meyxanaya yeni gələndə çox problemlər yaşadım. Paxıllığımı çox çəkirdilər, yolumu kəsmək istəyirdilər. Deyirdilər ki, meyxana nədir, klip nədir. Sonra konsert hazırladıq, bəzi meyxanaçılar 1 gün qabaq dedilər ki, biz gəlmirik. Çalışırdılar ki, konsert alınmasın. Amma ətrafımda olan dostlarım sağ olsun. Bundan sonra bəzi meyxanaçılarla aramız soyumağa başladı".