Əksəriyyətimiz "yumurta qabıqları bir işə yaramır" deyib onu zibil qabına atırıq. Ancaq aparılan araşdırmalardan bunu tam tərsi olduğu ortaya çıxıb. Belə ki, yumurta qabığı ümumilikdə 27 üzvi maddəni özündə cəmləyir.

Yumrurtanın qabığı ağı və sarısı qədər faydalıdır. Hətta 1 yaşa kimi körpənin menyusuna onu mütləq daxil etmək lazımdır. Yumrurta qabığının tərkibinin 90% kalsium karbonatından ibarətdir. Gündəlik qidamızın kasad olduğu mis, dəmir, manqan, fosfor, kükürd, sink və silisium və molibden kimi maddələr ilə zəngindir.

Unikal.org yumurta qabığının bilinməyən  faydalarını təqdim edir:

Rus alimi V.Karavayev maddələr mübadiləsinin tənzimlənməsində üyüdülmüş yumurta qabığının faydası haqqında efektiv sağlamlıq sistemi işləyib hazırlamışdır. Yumurta qabığı ürək və göz əzələsini möhkəmlədir. Mədə ağrılarında, astma, artrit, sümük zədələnməsində, qəbz olduqda xüsusilə faydalıdır. Yumurta qabığının tərkibi sümük və dişin tərkibi ilə bənzərdir, buna görə dırnaqlar və dişlər zəiflədikdə onun qəbulu məsləhətdir. Üyüdülmüş yumurta qabığını təbii şərabla qatıb içdikdə böyrəklərdə və sidik kisəsində olan daşlar xırdalanır. Xüsusilə bu qabığı hamilə qadınlar öz rasionunda istifadə etməlidir. 1 yaşına kimi uşaqlar üçün isə istifadə etsəniz raxit xəstəliyinin qarşısını almış olacaqsınız.

Həmçinin yumurta qabığı- Osteoporoz (sümük əriməsi xəstəliyi) riskini azaltmağa kömək edir. Ən önəmli kalsium qaynaqlarındandır.
Menopoz dövründə qadınların sümük əriməsi probleminə ən yaxşı müalicə üsullarından biridir. Uzun müddət bədənin immunitet sistemini yüksəldir.
Üz dərisini ağardır. Yumurta qabığı üz maskası kimi istifadə olunduqda, üz dərisinin rəngini açır. Bu üsulla üzdəki rəng balansını bərpa etmək mümkündür. Bunun üçün 2 çay qaşığı yumurta qabığı, 2 yumurta ağı, 2 çay qaşığı qatıq, 4 damla limon suyu qarışdırılaraq dəriyə sürtülür. 15 dəqiqə sonra üzü ilıq suyla yumaq lazımdır. Ən yaxşı müalicə üsullarından biridir. Uzun müddət bədənin immunitet sistemini yüksəldir.
Bitkiləri qurdlardan təmizləyir. İstifadə qaydası: yumurta qabığı döyülərək toz halına gətirilir. Gündə bir çay qaşığı bitkilərinizin dibinə tökülür.
Yuxusuzluqdan əziyyət çəkənlərin ən önəmli dərmanıdır.
Xronik soyuqdəyməyə alışqanlığına güclü təsir etmək qabiliyyəti var.