"Əvvəllər alış-verişə çox pul xərcləyirdim. Ana olandan sonra bu sevgidən məhrum olmuşam.
Unikal.org bildirir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Könül Muxtarova deyib.
O, alış-veriş sevgisindən bəhs edib:
"İndi mağazalara gedirəm, qayıdanda baxıram ki, birini özümə, beş torba isə qızım İnciyə almışam. Artıq özümə nəsə almağa qıymıram. Bahalı hədiyyə alacağım, alış-verişə pul xərcləyəcəyim adam İncidir. Bəyəndiyim nəsə varsa, qiymətinin mənim üçün önəmi yoxdur.
K.Muxtarova gününün yarıdan çoxunu gözəllik salonunda keçirdiyini söyləyib:
"Salona getmədiyim gün yoxdur. Evdəkilərdən çox salondakı işçiləri görürəm. İşimlə bağlı hər gün saç düzümü, makiyaj etdirirəm".