Model və aparıcı Dəniz Akkaya verilişində müğənni Murad Bozla bağlı iddialar səsləndirib.
Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Akkaya verilişlərin birində "Tarkanın yüzlərlə mahnısını əzbər bilirəm, amma Muradın yox" demişdi. Onun bu sözlərinin ardından M.Bozun mətbuat katibi Mürvet Uç Akkayaya mesaj yazaraq Tarkanı təhqir edib, onu xalqı özündən aşağıda görməkdə ittiham edib.
Akkaya mesajları yayımlayaraq Tarkan haqqında "Seçdiyi fərqli münasibətləri..." ifadəsinin üzərində dayanıb. O, bunun Murad Boz cəbhəsindən Tarkana "homoseksual" ittihamı olduğunu bildirib.