Akif Çovdarov məhkəməyə həkim nəzarətində gətirilib. 

Unikal.org APA-ya istinadən xəbər verir ki, O, xərəkdə uzanıqlı vəziyyətdə iclasda iştirak edir. 

İclasda vəkillər bir neçə vəsatət veriblər. Hazırda hakimlər vəsatətlərlə bağlı müşavirədədirlər.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi proses jurnalistlərin iştirakı olmadan keçirilir.