"YARAT Müasir İncəsənət Mərkəzində tanınmış azərbaycanlı rəssam Faiq Əhmədin "Nə var, odur və məşhur kolumbiyalı rəssam Oskar Murillonun "DIS PLACE adlı fərdi sərgilərinin açılışı olub.

Unikal.org xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva sərgilərin açılışında iştirak ediblər.

"YARAT Müasir İncəsənət Mərkəzinin rəhbəri Aida Mahmudova hər iki sərginin əhəmiyyətindən danışıb və rəssamları təbrik edib.

Qonaqlar Faiq Əhmədin sərgisi ilə tanış olublar. Hər iki sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Sərgilər 2017-ci il yanvarın 29-dək davam edəcək.