Xəbər verildiyi kimi, noyabrın 8-də İspaniyanın paytaxtı Madriddə "Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi mövzusunda konfrans keçirilib.

Unikal.org xəbər verir ki, "Yeni Müsavatın yazdığına görə, konfransla bağlı ən diqqət çəkən məqam tədbirin təşkilatçılarından birinin Şeyxülislam Allahşükür Paşazadənin qudası, bir vaxtlar Azərbaycanda tanınmış iş adamlarından olan Əli Evsenin iştirakıdır.

Konfransı da giriş sözü ilə açan məhz Əli Evsen olub. 2011-ci ildə Misir diktatoru Hüsnü Mübarəkin pullarının İspaniyada "yuyulmasını təşkil etməkdə ittiham olunan və bu ölkədə həbs edilən iş adamı Əli Evsen barəsində çoxdandır ki, xəbər yox idi. Bu ilin fevralında isə məlum olmuşdu ki, İnterpol Əli Evsenin adını hələ də "qırmızı bülletenlə axtarılan cinayət şübhəliləri siyahısından çıxarmayıb. Hazırda isə onun adı bu siyahıda yoxdur.

1962-ci il təvəllüdlü Əli Evsenin 3 ölkənin - Azərbaycan, Türkiyə və Albaniyanın vətəndaşıdır.

Azərbaycanda biznesə hələ 1990-cı illərin əvvəllərində Dubaydan konteyner vurmaqla başlayan Əli Evsen sonra "Star taksi şirkətini, "Elit ticarət mərkəzini, Şamaxıda soyuducu, kondisioner və məişət texnikası istehsalı üzrə zavodları, "A-lizinq şirkətini, "Azsamand avtomobilləri istehsalı xəttini və sair biznes qurumlarını yaradaraq "Evsen Groupa birləşdirib. 2008-ci ildən isə Ə.Evsen ölkədəki biznesini satmağa başlayıb. Elə həmin ildə Əli Evsen Albaniyanın "Albanian Airlines və Fransanın "Eagle Aviation şirkətlərini alıb.

Qəzet yazır ki, konfransda Şeyxlə yanaşı əyləşmiş Ə.Evsen (fotoda Şeyxin sağında) tədbirin bütün xərclərini üzərinə götürüb.

Şeyxin qudası üzə çıxdı