Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. 

Bu barədə Unikal.org-a DGK-dan bildirilib.

Məlumata görə, yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3 adda, ümumilikdə 59 216 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.