Bakının bir sıra rayonlarında müəllimlərin maaşı gecikdirilir.

Unikal.org bildirir ki, bu barədə məlumatı "Qafqazinfoya paytaxtda fəaliyyət göstərən bir neçə təhsil müəssisəsində işləyən müəllimlər deyib. Onlar hələ də ötən ayın maaşını ala bilmədiklərini söyləyiblər.

Məsələylə bağlı "Qafqazinfo Təhsil Nazirliyinə sorğu göndərib. Nazirlikdən cavab olaraq bildirilib ki, növbəti iki gün ərzində bu problem öz həllini tapacaq:

"2016-2017-ci tədris ili üzrə sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqqı onların bank hesablarına köçürülüb. Növbəti iki gün ərzində digər müəllimlərin əməkhaqqı da onların bank hesablarına köçürüləcək.