Bakıda 15 yaşlı məktəbli dəm qazından zəhərlənib.

Unikal.org xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2001-ci il təvəllüdlü Rahim Quliyev dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

R. Quliyev orta məktəb şagirdidir.