"Uşaqlıqdan dizaynerliyə həvəsim olub. Aparıcı olandan sonra isə bu işlə məşğul olmağa başladım. Aparıcı seçilməlidir, özüm üçün fərqli kostyumlar hazırlayıram".

Unikal.org bildirir ki, bu sözləri aparıcı hacı Nuran Hüseynov "Tezdən oyan" verilişində deyib.

O bildirib ki, bir çox müğənnilər ondan kostyum tikməsini istəyiblər:

"Hər dəfə efirə çıxandan sonra mənə zənglər gəlir. Bir-iki müğənni efirdə mənim kostyumumu geyinib. Hətta verilişdə mənə təşəkkür də ediblər. Başqa vaxt da olub ki, zəng vurub deyiblər, "kostyumunuzu verin, toya geyinək". Mən kostyumu özüm üçün tikirəm".