Xüsusən günorta yeməyini yedikdən sonra adam özünü yorğun hiss edir, yuxusu gəlir, yatmaq istəyir. Bu yorğunluqdan C vitamin deposu olan limonla qurtula bilərik. Limon tərkibindəki bol C vitamini sayəsində xüsusən də qrip və soyuqdəymə hallarında çox təsirlidir.

Unikal.org bildirir ki, yeni araşdırmanın nəticəsinə görə limon beyin aktivliyini artırır.

Limon suyu yorğunluqda olduqca effektlidir

Günorta yeməyindən sonra üzərinizə qəribə bir yorğunluq çökübsə, işə diqqətinizi cəmləşdirə bilmirsinizsə, yuxunuz gəlirsə, biləklərinizə bir neçə damcı limon suyu damcılada bilərsiniz. Bu üsul hafizə, diqqət və dil kimi zehni funksiyaları dinamik tutmağa yardımçı olur. Həm də bu yolla diqqətinizin artacağını görəcəksiniz.(ailə.lent.az)