Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, İşçi qrupunun rəhbəri Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təyin edilib.

İşçi qrupunun üzvləri:

Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini;
Zeynal Nağdəliyev - Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
Ramil Usubov - Azərbaycan Respublikasının daxili işlər naziri;
Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri;
Qorxmaz Hüseynov - "Azərsu Açıq Səhmdar Cəmiyyətinin sədri;
Əhməd Əhmədzadə - Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri;
Balababa Rzayev - "Azərişıq Açıq Səhmdar Cəmiyyətinin sədri;
Saleh Məmmədov - "Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri.