Azərbaycanda ötən il 18 yaşınadək övladı olan 5 814 ailə boşanıb.

Unikal.org Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, həmin ailələrdə uşaqların sayı 9378 olub. Həmin ailələrdən 2838-i bir uşaqlı, 2976-sı iki və daha çox uşaqlı olub. Ailələrdə 6540 nəfər 18 yaşadək uşaq olub.

Ötən il ümumillikdə qeydə alınan 12764 boşanmadan 6950-si övladsız olub.

Bakı şəhərində 18 yaşadək övladı olanlar arasında boşanmaların sayı 4253 olub. Bəzi rayonlarda bu rəqəm yüksək sayda qeydə alınıb. Tovuz rayonunda 291, Şəmkirdə 227, Xaçmazda 218, Füzulidə 190, Ağdamda 367, Kəlbəcərdə 168, Laçında 116, Şəki şəhərində 210 boşanma qeydə alınıb.

Xızı (14), Yardımlı (20), Lerik (37) Qax (42) və Daşkəsən (51) rayonlarında boşanmların sayı daha az qeydə alınıb.