Biz də məsələni daha dərindən araşdırmaq üçün mütəxəssislərlə əlaqə saxladıq. Azad İstehlahçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, videonu çəkib paylaşan şəxsin məqsədinin nə olduğu bəlli deyil: "Videoya mən də baxmışam, amma heç nə anlamıram. Elə maddə var ki, onu istənilən məhsulun üzərinə tökəndə o, məhsulu köpük halına salır. Məsələn, sulfat turşusunu ətin üzərinə töksək, və ya çörəyin üzərinə töksək, ona oxşar vəziyyət alınar. Həmin görüntünü çəkənlər, görünür ki, toyuq istehsalına zərbə vurmaq istəyirlər".
O, həmçinin, əlavə etdi ki, ölkəmizdə broyler toyuğunun insan orqanizminə heç bir ziyanı yoxdur. Hər gün yeyməmək şərti ilə.
Dövlət Baytarlıq Xətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyir ki, həmin insanlar Baytarlıq Xidmətinə müraciət etsinlər və məsələyə birgə baxılsın. Rəhbərin sözünə əsasən, bu prosesi izləmədən konkret bir söz demək olmaz.
Azərbaycan Milli Kulinariya Mərkəzinin (MKM) pezidenti Tahir Əmiraslanov videoda xərçəng xəstəliyi ilə bağlı deyilənlərlə razılaşmadı: "Ozonotor ziyanlı deyil, ona, nəinki, broyler, adi kənd çolpası, ət salınsa, yenə o həmin məhsulları təmizləyəcək. Amma yenə də bunu araşdırmaq üçün laboratoriyadan keçirmək lazımdır".Toyuq təbii yolla 12-16 həftəyə böyüməlidirsə, fabrikdə 5 həftə ərzində 1 kilodan çox çəkiyə sahib olur. Azərbaycanın broyler müəssisələrini fərqləndirən bir cəhət də odur ki, toyuq 40 gündən tez kəsilmir. Toyuqlar kəsilən kimi 20 dərəcədə dondurulur. Buna şoklama deyilir. Bu zaman heç bir keyfiyyət fərqi baş vermir.
Bir sıra xarici ölkələrdə, o cümlədən, Rusiya və Türkiyədə də broyler
toyuqları barədə dəfələrlə məlumatlar yazılıb. Həmin mənbələrdə
bildirilir ki, broyler toyuqlarının yeminə antibiotik və hormonal
preparatların qatılması onların ətlənməsinə və müxtəlif xəstəliklərdən
müdafiə olunmasına xidmət edir. Elə bu səbəbdən də əhali arasında
kökəlmə, onurğa sütunu yırtığı, şəkərli diabet, mədə-bağırsaq
problemləri, sümük boşluğu, xərçəng və digər xəstəliklər çoxalır.