İraqın Əl-Fəluca şəhərində bir-birinin ardınca iki partlayış baş verib.

Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 8 nəfər ölüb, 20 nəfər yaralanıb.

İlkin məlumata əsasən, terrorçular şəhərin mərkəzində yerləşən nəzarət-keçid məntəqəsi yaxınlığında iki minalanmış avtomobili partladıblar. İnsidentdən sonra Əl-Fəlucada komendant saatı elan edilib.
Hələlik heç bir qruplaşma partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.