Hazırda müğənnilərin devalvasiyadan, toyların azlığından şikayətləndiyi bir zamanda Roza Zərgərli gündəm yaradacaq açıqlama verib.
Unikal.org-un məlumatına əsasən, müğənni qatıldığı tədbirdə big.az-a açıqlamasında ay ərzində saç və makiyajına 6 min manat xərclədiyini deyib:
"Demək olar ki, hər gün salona gedirəm. Elə vaxt da olur ki, saç ustaları evə də gəlir. Elə zaman olur ki, ümumi bir aya 200 manat pulum çıxır.
Elə zamanlar da olur ki, saçıma, makiyajıma bir ayda 6 min manat pul xərcləyirəm. İşin çoxluğundan asılıdır. Əgər həmin ay klip çəkilişi, fotosessiyalar varsa, dediyim bu məbləğ ortaya çıxır".