Zərdab rayonu Şahhüseynli kəndində şagirdini zorlamaqda ittiham olunduğu üçün saxlanılan məktəb direktoru Ceyhun Tofiqli sərbəst buraxılıb.
"Hələ ki, məktəbdə tətildir. Amma uşaqları məktəbdə oxuyan ailələr narahatdır. İnsanların psixoloji durumu yaxşı deyil. İnsanların beynində şübhələr var, bu hadisədən sonra uşaqlarının məktəbdə oxumasından narahat olanlar var. Məktəb açılandan sonra necə olacağını bilmirik".
"Heç bir ekspertiza aparılmayıb, amma direktor azadlığa buraxılıb. Bizdə olan məlumata görə, 10 min manat verib. Amma dəqiq bilmirəm. Hər halda prokurorluğa təkrar məktubla müraciət etmişəm".