Xəbər verdiyimiz kimi NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov qurumun 62-ci illik sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

Unikal.org xəbər verir ki, tədbir çərçivəsində Xarici işlər naziri Mövlüt Çavuşoğluya Ermənistan Millət vəkili Koryun Nahapetyan təxribatçı sual verib. Erməni deputat Türkiyəni DEAŞ terror təşkilatına dəstək verməkdə günahlandırıb.

Nazir Çavuşoğlu, Türkiyə yaranandan bu günə qədər qədər qonşuları ilə sülh içərisində yaşamağa çalışdığını deyib.
"Siz Ermenistandansınız mən də Türkəm. Amma əvvəl dürüst olmamız lazım. Siyasətçinin daha dürüst olması lazımdır. Avropa Şurası parlamentində rəhbər olanda da ermənilərdən haqsızlıq gördüm. Təəssüf ki, Erməni yoldaşlarımız heç dürüst olmurlar. Bizim DAEŞ-a dəstək verdiyimizi necə söyləyərsiniz? DAEŞ-a qarşı hələlik aktiv əməliyyatı davam etdirən kim? Bu günə qədər hansı ölkə DAEŞ terror təşkilatının teröristini öldürüb. Yalnız Türkiyədən başqa. Siz deyirsiniz ki DAEŞ-a dəstək verirsiniz. DAEŞ bizə nifrət edir. Web səhifələrinə baxsanız Rəcəb Tayyib Ərdoğanı birinci düşməni sayırlar. Türkiyənin döyüşdüyü terror təşkilatı ilə bağlı sizin sualınız məntiqsizdir".

Çavuşoğlu deyib ki, Rusiya ilə münasibətlər pis olanda da rəsmi Moskvanın xarici işlər naziri Sergey Lavrov eyni məsələdə sizin kimi Türkiyəni günahlandırdı.

"Mən isə tədbirlərin birində Lavrova sual verdim. Dedim ki, sən Türkiyəni DAEŞ teror təşkilatına dəstək verməkdə günahlandırırsan. Mənə qarşıma bir dəlil qoy bu dəqiqə nazir postundan istefa verirəm. Əgər dəlil verməssən səni Antaliyada istirahətə dəvət edirəm. O isə mənə dedi ki, sən çox təcrübəli bir nazirsən. Türkiyədə səndən yaxşı Xarici İşlər Naziri ola bilməz. Buna görə sən istefa vermə cavabını aldım. Bu nə demək? Əllərində bir dəlil yox deməkdir. Dürüst olmaq lazım".

Xatırladaq ki, Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov qurumun 62-ci illik sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.Ümumiyyətlə, Milli Məclisin deputatları NATO PA-nın 62-ci illik sessiyasında baxılan bütün məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildirəcəklər.
Səfər noyabrın 22-də başa çatacaq.