Qış mövsümünün yaxınlaşması və havaların soyuması ilə əlaqədar olaraq Bərdədə soba satışında canlanma müşahidə olunur. Sobaların qiyməti hazırlandığı materiala görə dəyişir. Ən çox alınan isə odun sobalarıdır.

Bölgələrdə soba satışı artıb.

Unikal.org xezerxeber.com-a istinadən bildirir ki, havaların soyuması səbəbindən Bərdədə soba satışında canlanma var. Əvvəlki günlərə nisbətən daha çox soba və boru satılır. Soba alanlar əsasən kəndlərdə yaşayanlardır. Ən çox alınan isə odun sobalarıdır.

Əvvəlki illərə nisəbətn qaz sobası alanların da sayı artıb. Bunun da əsas səbəbi kəndlərin təbii qazla təmin edilməsidir.

Sobaların qiyməti isə ölçüsündən və hazırlandığı materialdan asılı olaraq 8-35 manat arasında dəyişir. Borular isə 2-3 manata satılır.

Bazarlarda Rusiya istehsalı olan qaz sobaları da satılır. Sovet dövründən qalan bu cür sobaların qiyməti də digərlərindən fərqlənir. Satıcılar deyir ki, qiymətinin yüksək olması sobanın hazırlandığı materiala və evi daha yaxşı isitməsinə görədir.