İsrail hökuməti güclü meşə yanğınları ilə əlaqədar bir sıra şəhər və yaşayış məntəqələrinin on minlərlə əhalinin təxliyə olunması barədə qərar qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə yerli "Haaretz qəzeti məlumat yayıb. Hazırda ən ağır vəziyyət ölkənin 3-cü ən böyük şəhəri olan Hayfa ətrafında müşahidə olunur. Bütün yanğınsöndürmə briqadaları yanğının söndürülməsinə cəlb olunub. İsrail Silahlı Qüvvələri də yanğınsöndürənlərə kömək edir.

Meşə yanğınları nəticəsində onlarla insanın xəsarət aldığı bildirilir.