Prezident İlham Əliyev Azərbaycan Respublikasında "Xalçaçı günü peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:

Hər il may ayının 5-i Azərbaycan Respublikasında "Xalçaçı günü peşə bayramı kimi qeyd edilsin".