Xalq artisti Fatma Mahmudova boşandığı həyat yoldaşı, mərhum əməkdar artist Tofiq Qarayevdən danışıb, kövrəlib.
Unikal.org axsam.az-a istinadən bildirir ki, aktrisa "ATV maqazin onlarla" verilişində ondan boşandığı üçün peşman olduğunu deyib.
F.Mahmudova bildirib ki, ayrılmalarına səbəb ətrafındakı insanlar olub:
"Ayrılandan sonra ona o qədər diqqət göstərirdim ki, çoxları boşandığımızı bilmirdi. Əvvəl onun yoxluğunu hiss etmirdim, bilmirdim, bu qədər əzab çəkəcəm. Əgər bilsəydim, sağlığında başqa cür davranardım. İndi çox peşman olmuşam".
F.Mahmudova üzündə plastik əməliyyat etdirməsi ilə bağlı xəbərlərə münasibət bildirib:
"Sənətçilərin hamısı üzünü, gözünü dartdırır, dodağını şişirdir. Hamısı anakondaya oxşayır. Mən də plastik əməliyyat etdirib, onlar kimi "anakondasifət" olum? Etdirməmişəm, istəmirəm".