"YouTubeun məşhur bloqçularından olan Ceyms Hanter ABŞ-ın yeni prezidenti Donald Trampın 10 yaşlı oğlu Berronla bağlı video hazırlayaraq onun autizm xəstəsi olduğunu diqqətə çatdırıb.
Unikal.org "Medialeaks.ruya istinadən xəbər verir ki, birinci xanım Melaniya Tramp bloqçunu məhkəməyə verəcəyi ilə hədələyib. Bu barədə "Law Newz nəşri yazıb.
Nəşrin məlumatına görə, Melaniya Tramp oğlu ilə bağlı videonun internetdən silinməyini və onu yayan şəxsin üzr istəməyini tələb edib.
Qeyd olunur ki, autizm xəstəliyi barədə maarifləndirmə məqsədilə yayımlanan və Berronda bu xəstəliyin bir neçə əlamətinin olduğu bildirilən video 4 milyondan çox insan tərəfindən izlənilib
Qarşı tərəf isə vurğulayıb ki, video ilə Berronu incitmək istəməyib, sadəcə bütün cəmiyyətin diqqətini bu problemə yönəltmək istəyib.