Uzun müddətdir Türkiyədə yaşayan müğənni Aygün Miyak İsmayılovanın ailəsində ağır itki üz verib.

Unikal.org-un məlumatına görə, sənətçinin nənəsi dünyasını dəyişib.

İfaçı "Bu gün atamın anası dünyasını dəyişdi. Yaşlı idi, amma yenə də nənəmdir. Ailədən bir böyük də getdi deyə, bildirib.

Qeyd edək ki, A.İsmayılova ailə qurduqdan sonra İstanbula köçüb. O, bir neçə müddət əvvəl "O səs Türkiyə yarışmasına qatılmışdı. Aygün eyni zamanda bir çox mahnıların sözlərinin müəllifidir.axşam.az