Siyəzən rayonunda martın 7-də bıçaqlanma hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən məlumatına görə, rayon sakini 40 yaşlı Rafael Hüseynov müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yaralanması diaqnozu qoyulub.
Xəsarət alan şəxsin ailə üzvlərinin bildirdiyinə görə, hadisəni qonşuları törədib.
Belə ki, R. Hüseynovun bacısı hadisəni törədən şəxs üçün bankda zamin durub. Həmin şəxs banka olan borcunu ödəmədiyinə görə borcu xəsarət alan şəxsin bacısı ödəməli olub. R Hüseynov da qonşusunun evinə gedərək borcunu ödəməsini bildirib. Bank kreditini ödəməyəcəyini bildirən qonşu onu bıçaqlayıb. Hazırda xəsarət alan şəxs evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.