Populyar amerikalı aktrisa, Hollivud ulduzu Alisiya Silverstoun "İnsanlar Heyvanlarla Etik Davranış Uğrunda" (People for the Ethical Treatment of Animals, PETA təşkilatının kampaniyasını dəstəkləyib.
Unikal.org The Sun-a istinadən bildirir ki, 40 yaşlı aktrisa "I'd rather go naked than wear wool" ("Yun paltar geyinənədək lüt gəzərəm!" sloqanlı plakat üçün lüt soyunaraq kamera qarşısına keçib.
Alisiyanın meşədə, əlində qoyun maskası tutduğu vəziyyətdə, çılpaq durduğu fotonun müəllifi tanınmış fotoqraf Bouen Smitdir.
PETA-nın yeni kampaniyasının sloqanı "Öz dərinizdən yararlanın. Heyvanlara dərilərini qorumağa imkan verin!" kəlmələridir.
İllərdən bəri ət yeməyən, vegetarian olan Alisiya Silverstoun dəri və xəz paltarlar geyinmir. Bundan belə o, yun paltarlar da geyinməyəcəyini söyləyib.
PETA-nın yeni videomüraciətində A.Silverstounla müsahibə ilə yanaşı, qoyunlarla qəddar davranışın əks olunduğu səhnələr də var.