Naxçıvanda dəhşətli hadisə baş verib.
Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 6-da saat 20 radələrində Şərur rayonunun Yuxarı Daşarx kəndində rayon sakini Mahir Vəliyev idarə etdiyi "Hyundai" markalı avtomobillə yolun hərəkət hissəsində uzanmış vəziyyətdə olan kənd sakini Elməddin Cəlalovun üstündən keçib.
Xəstəxanaya yerləşdirilmiş E.Cəlalov martın 7-də orada ölüb.
E.Cəlalovun hansı səbəbdən yolun ortasında uzanması məlum deyil. O, 4 uşaq atası olub.
Araşdırma aparılır.