Şotlandiya və Ukrayna mətbuatı dünən axşam baş tutan "Dinamo Kiyev" - "Beşiktaş" oyununu idarə edən şotland hakimin şübhəli qərarları ilə bağlı maraqlı yazılar təqdim edib.
Unikal.org bildirir ki, Şotlandiyanın "The Scotsman" qəzeti Kreiq Tomsonun "Beşiktaş"ın qapısına təyin etdiyi penalti epizodu ilə bağlı bunları yazıb:
"Kreiq Tomson şübhəli bir penalti qərarı ilə ilk 30 dəqiqədə "Beşiktaş"ın ümidlərinin üstündən xətt çəkdi. Həmin epizod zamanı kiyevli futbolçunun toxunduğu "Beşiktaş"ın müdafiəçisi Bek müvazinətini itirib yıxıldı. Qonzalez də Bekin yıxılması ilə onun ardınca yıxıldı. "Beşiktaş"lı müdafiəçi bu epizod sonrası qırmızı kart aldı və Türkiyə klubunun qapısına onbir metrlik zərbə təyin edildi. Tomsonun bu qərarı bütün futbol izləyicilərini təəccübləndirdi. Tomson digər şübhəli qərarları ilə də Türkiyədə bir nömrəli xalq düşməni elan edildi".