Xalq artisti Faiq Ağayev "Hər şey daxil" verilişində qonaq olub.
Unikal.org xəbər verir ki, sənətçinin geyindiyi pencək marağa səbəb olub:
"Onu deyim ki, bu geyimi özüm düzəltmişəm. Boş vaxtım var idi. Hər emblemin bir mənası var."
Duyğusal olduğunu bildirən sənətçi sevgidən söz açıb:
"Ürəyimi qırmaq üçün bir o qədər səy göstərmək lazım deyil. Tez xətirə dəyilən insanam. Amma bunu ətrafdakılara göstərmirəm. Oğlaq bürcü belədir. Mən əgər sevirəmsə bunu deyirəm, lazım olsa 100 dəfə də deyərəm. Sevirsənsə deməlisən. Amma gərək qarşı tərəf "şişməsin". İnsan var ki, münasibəti düzgün qəbul edir, insan da var ki, deyir belə də olmalı idi. İkinci tip insanları anlamıram. Sən məgər göydən qızıl zənbilnən düşmüsən. Mən həmişə demişəm, nə yaxşı ki, sevənim var. Zaman-zaman o sevgini tapmışam. Bəxtəvər insan o insandır ki, bir dəfə sevir. Amma gərək o sevdiyi insanda onunla birgə qalsın.
Mən "Votsap" işlətmirəm, yoxsa 9 milyon Azərbaycan əhalisi mənə yazacaqdı. 18 ildir nömrəmi dəyişmirəm".