"Səhnəyə ilk gəldiyim günlərdən sponsor sözü ətrafında qalmaqallar görürəm. Bu söhbət ifrat dərəcəyə gəlib çıxıb. Bu haqda təkcə mediada yazılmır, sosial şəbəkədə bir foto qoyan kimi altına "sponsoru var yazırlar.
Unikal.org-un məlumatına görə, bu sözləri axşam.az-a açıqlamasında müğənni Aysel Əlizadə söyləyib.
Sənətçi bildirib ki, ona da sponsorluq etmək istəyənlər az deyil:
"Həm xanım, həm də bəy ifaçıların öz mətbəxi var. Bunu açıq-aşkar tamaşaçıya demək, müğənninin borcu deyil. Hamının sevdiyi də var, ailə qurmaq istədiyi də. Heç bir gənc xanım subay qalmır, sevdiyi də olur, gec-tez ailə də qurur. Bizim ölkədə sponsor sözünün mənası "sənə pul xərcləyən sevgili deməkdir. Başa düşmürəm, oğlan sevdiyi qadına pul xərcləyə bilməz? İnsan sevgilisinə jestlər edib, hədiyyələr ala bilər. Bunu düzgün qələmə vermirlər. Baxımlı xanımam, gəncəm, efirdə olan biriyəm, mənə də təkliflər gəlir. Bunun içində evlilik təklifi də, sponsorluq etmək istəyən də, sevgilisi olmağımı arzulayan da olur. Pul altında olan sevgili təklifləri bu gün hamıya göndərirlər. Küçədən keçən adi bir xanıma da o təklif gəlir. Elə olub ki, məcbur mənə hədiyyə göndərməyə çalışıblar. Amma tanımadığım insandan hədiyyə qəbul etməyi xoşlamıram. Yalnız mənim sənətimi sevib hədiyyə göndərənlərin jestini qəbul edirəm.
Həyatında heç kim olmadığını deyən A.Əlizadə artıq ailə qurmaq istədiyini açıqlayıb:
"Hazırda sevgilim yoxdur. Son günlər bir qərar vermişəm: artıq mən sevgili yox, dost, həyat yoldaşı, hörmət edəcəyim və mənə hörmət edəcək, sonda isə sevəcəyim birini arzulayıram.